A

UNEC Biznes Məktəbinin mövcud durumunun müzakirəsi ilə bağlı rektor Ədalət Muradov məktəbin rəhbərliyi və əməkdaşları ilə görüşüb.

Görüşdə tədris üzrə prorektor dosent Gəray Musayev UNEC Biznes Məktəbində tədrisin təşkili, rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov isə EDUMAN sistemindən istifadənin vəziyyəti barədə təqdimatla çıxış ediblər. Prorektorlar UNEC Biznes Məktəbində müvafiq istiqamətlər üzrə mövcud problemlərdən və onların həlli yollarından danışıblar.

Sonra UNEC Biznes Məktəbinin işinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib və müvafiq qərarlar qəbul edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay