A

Türkiyənin İstanbul Haliç Universitetinin beynəlxalq əlaqələr üzrə nümayəndə heyəti UNEC-ə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti ilə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentində görüş keçirilib. Görüşdə departamentin direktoru Nərmin İbrahimova UNEC-in beynəlxalq əlaqələri istiqamətində qonaqlara ümumi məlumat verib, qazanılan qrant layihələri və mübadilə proqramlarından danışıb.

Sonra Haliç Universitetinin nümayəndələri təqdimatla çıxış ediblər. Görüş zamanı universitetlər arasında ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması və UNEC tələbələrinin İstanbul Haliç Universitetində mübadiləsi haqqında razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay