A

Azərbaycan Dövlət İqtisad Universitetinin Erasmus+ proqramı KA2 fəaliyyət növü üzrə qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin azaldılması (REFRESH)” layihəsinin Keyfiyyətin təminatı şurasının ilk iclası keçirilib.

İclasda UNEC-in Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, şöbənin mütəxəssisi Gültac Tahirli, tərəfdaşlardan Boloniya Universiteti, Danimarka Texniki Universiteti, Royal Texniki İnstitutu, Gəncə Dövlət Universiteti (GDU) və Lənkəran Dövlət Universitetinin (LDU) nümayəndələri iştirak ediblər.

Görüşdə Keyfiyyətə nəzarət şurasının fəaliyyət planı, Keyfiyyətə Təminat planının yaradılması, layihənin müvafiq mərhələlərində monitorinq və formativ qiymətləndirmənin aparılması haqqında müzakirələr aparılıb. Həmçinin növbəti iclasa qədər görüləcək işlərin bölgüsü həyata keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay