A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimovanın İspaniya Krallığının Barselona Universitetinə (UB) təcrübə səfəri baş tutub.

Tədbirin ilk günü Barselona Universitetinin Beynəlmiləlləşmə Siyasəti üzrə prorektoru iştirakçıları salamlayıb. Nərmin İbrahimova REFRESH layihəsinin UNEC üzrə daimi komandasının üzvü olaraq, layihənin fəaliyyəti, görüşün gündəliyi və praktiki məlumatları haqqında açılış sessiyasında təqdimat edib.

Təcrübə səfəri müddətində iştirakçılar UB-nin tarixi tədris binasının ekskursiyasına qatılıb və universitetin zəngin irsi ilə tanış olublar. Bundan əlavə iştirakçılar innovasiya, dayanıqlılıq, səhiyyə və mədəniyyət sahələrində çalışan bir neçə rezident təşkilata ev sahibliyi edən Sant Pau Recinte Modernistaya təşkil olunan ekskursiya da da iştirak ediblər.

Ekskursiyadan sonra Barselona Universitetinin nümayəndələrinin təşkilatçılığı ilə UB-nin Dayanıqlılıq və İqlim Fəaliyyəti üzrə prorektoru REFRESH layihəsinin konsorsiumunda yer alan 6 yerli ali təhsil müəssisəsinin nümayəndələrinə Azərbayacanın COP29-a sədrlik etməsinin əhəmiyyəti haqqında müzakirə sessiyası keçib, eləcə də, keyfiyyət siyasətini təqdim edərək, dayanıqlılıq və təhsildə mükəmməlliyin önəmini vurğulayıb.

Təcrübə səfərinin növbəti günündə REFRESH layihəsinin koordinasiyası və faliyyəti ilə əlaqədar bir sıra məsələlərə toxunulub. UNEC və UB nümayəndələri REFRESH layihəsinin İş Paketləri üzrə edilmiş və ediləcək fəaliyyətlər, praktiki nəticələr, və növbəti mərhələlərlə bağlı məqamlara toxunub. Layihənin yerli və xarici qurumlar üzrə mencerləri fəaliyyət planına əsasən aralıq hesabatının hazırlanmasını təqdim edib.

Səfər çərçivəsində iştirakçılar UB-nin Bərpa Olunan və Daynıqlı Enerji üzrə magistratura proqramının tədris planı, sillabusda əhatə olunan mövzular, proqramın məqsədləri, kompetensiyalar, qəbul kriteriyaları və dərs planı, sessiyaların və praktiki məşğələlərin təşkili, tədris metodologiyaları, qiymətləndirmə sistemləri və tələbə dəstəyi xidmətləri ilə yaxından tanış olub. Bununla yanaşı Dövri İqtisadiyyat və Dayanıqlılıq üzrə İxtisaslaşma proqramı haqqında səfər iştirakçılarına məlumat verilib.

Təcrübə səfərinin son günündə UB nümayəndələri tərəfindən "İnnovasiya Ekosistemlərinin Qurulmasında Universitet-Sənaye Əlaqələrinin Rolu" mövzusunda seminar keçirilib.

TOP XƏBƏRLƏR