A

İyunun 24-də Yunanıstanın Qərbi Makedoniya Universitetinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

Erasmus+ Ofisinin direktoru Katerina Blanda və Qərbi Makedoniya Universitetinin sabiq rektoru Nikolas Asımopoulosun təmsil olunduğu nümayəndə heyəti UNEC rektoru professor Ədalət Muradovla görüşərək, qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində yunanıstanlı qonaqlar UNEC-in əsas tədris binasının infrastrukturu ilə tanış olublar, eyni zamanda Bloomberg laboratoriyası, imtahan zalı, Ekstern Mərkəzi, 24/7 kitabxana və Beynəlxalq əməkdaşlıq departamentinin iş fəaliyyətini yaxından izləyiblər.

TOP XƏBƏRLƏR