A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyi və təbiətin itirilməsində iqtisadi fəaliyyətin rolunu araşdırmağa yönəlmiş simulyasiya təlimləri təşkil etməyə davam edir.

Bu məqsədlə UNEC ilə Türkiyənin nüfuzlu universitetlərindən biri olan Balıkesir Universiteti arasında ilkin görüş keçirilib.

UNEC-in Beynəlxalq Əməkdaşliq Departamentinin və Balıkesir Universiteti Memarlıq Fakültəsinin əməkdaşları ilə keçirilən görüşdə Model COP konsepsiyası çərçivəsində keçiriləcək təlimlərin qlobal əhəmiyyəti müzakirə olunub.

Bildirilib ki, simulyasiya təlimlərinin məqsədi iştirakçıların qlobal problemləri dərindən anlamaq və potensial həll yollarını formalaşdırmaq bacarıqlarını inkişaf etdirməkdir. UNEC ilə Balıkesir Universiteti arasında davam edən əməkdaşlığın iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfələr verəcəyi də görüş zamanı vurğulanıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay