UNEC-in Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli Latviya Respublikasında bir sıra xarici universitetlərlə əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədilə görüşlərdə iştirak ediblər.

Səfər çərçivəsində növbəti görüş Latviya Universitetində keçirilib. UNEC əməkdaşları Latviya Universitetinin “Maliyyə və  mühasibatlıq” kafedrasının müdiri, UNEC-in Xanım Tədqiqatçılar Şurasının nümayəndəsi Ramona Rupeika-Apoga və Beynəlxalq əməkdaşlıq  departamentinin direktoru Baiba Pētersone ilə görüşüb.

Görüş zamanı tərəflər arasında təmsil etdikləri strukturun fəaliyyəti, görülmüş işlər və hədəflər, keçirilən təlim və seminarlar, beynəlxalq layihələr, müvafiq fakültələr arasında bakalavr, magistr pillələri üzrə yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin tədris prosesi və gələcək planları barədə müzakirələr keçirilib.

TOP XƏBƏRLƏR