A

UNEC-də 2018/2019-ci tədris ili üzrə Fransanın Montpellier Universitetinin ikili diplom proqramına qəbul olan tələbə və onların valideynləri ilə görüş keçirilib.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev tələbələri təbrik edərək, UNEC-in ölkədə Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramı həyata keçirən yeganə ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. İkili diplom proqramının üstünlüklərindən danışan A.Rzayev 4 il ərzində UNEC-lə yanaşı, Avropanın nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını böyük şans adlandırıb: “Bu, UNEC tələbələrinə magistr təhsilində Avropa, eləcə də dünya universitetlərinə açılmaq üçün əlavə üstünlüklər yaradır”.

Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev tələbə və valideynlərə ikili diplom proqramının şərtləri barədə məlumat verib. Tədbirdə Montpellier Universitetinin ikili diplom proqramının məzunu olan UNEC tələbələri öz təcrübələrini bölüşüblər.

Görüşdə tələbə və valideynləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay