A

UNEC-də təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artmaqdadır.

2018/2019-cu tədris ilində UNEC-ə bakalavr, magistratura və doktorantura pilləsi üzrə 80 nəfər əcnəbi tələbə qəbul olub. Onlardan 8 nəfəri “İslam Əməkdaşlıq Təşkilatı”na və “Qoşulmama Hərəkatı”na üzv olan dövlətlərin təhsil qrantı hesabına UNEC-də təhsil almaq hüququ qazanıb. Təhsil qrantı hesabına UNEC-ə qəbul olan əcnəbilərdən 3 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbində bakalavr, 4-ü Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində magistr, bir nəfər isə doktorantura pilləsi üzrə ingilis dilində təhsil alır. Tələbələr Əfqanıstan, Efiopiya, Keniya, Mavriki, Qambiya, Svazilend, Tayland və Yəmən vətəndaşlarıdır.

Ümumilikdə isə UNEC-də təhsilin bakalavr, magistratura və doktorantura pilləsi üzrə 245 əcnəbi tələbə təhsil alır. Onların arasında Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Çin, İran, Küveyt, Pakistan vətəndaşları üstünlük təşkil edir.

Qeyd edək ki, əcnəbi tələbələrin UNEC-ə qəbul prosesi elektron formada aparılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay