A

UNEC və Türkiyənin Niğdə Ömər Halisdəmir Universiteti arasındakı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Universitetin nümayəndə heyəti Türkiyədə səfərdə olub.

İqtisadiyyat fakültəsinin dekanı dos. Asiman Quliyev, İqtisadiyyat fakültəsinin katibi Pərviz Səmədov, Rus İqtisad Məktəbinin direktoru dos. Mənsur Bərxudarov və Zaqatala filialının direktoru prof. Orucəli Rzayevdən ibarət nümayəndə heyəti, görüş zamanı qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, mübadilə və ikili diplom proqramlarının həyata keçirilməsi barədə müzakirələr aparmışlar. Türk dünyası simpoziumlarının davamlılığının təşviqi üçün Türk dünyası Erasmus Ka107 layihələri, gələcəkdə staj proqramlarının həyata keçirilməsi, bakalavr, magistratura və doktorantura tələbələrinə ortaq məsləhətçilərin təyin edilməsi, və s. mövzularda rektor prof. Dr. Muhsin Kar, Universitetin katibi dos. Mustafa Çolak, “İktisadi ve İdari Bilimler Fakültəsi” dekanı prof. Dr. Haluk Bengü, Universitetin Türk dünyasında tanınmış müəllimi dos. Çiğdem Şahin ve “Uluslararası İlişkiler Ofis Koordinatörü” Hülya Üründü ilə müzakirələr aparılmışdır.

Türkiyənin beynəlxalq universitetləri içərisində ən sürətli inkişaf edən Niğdə Ömər Halisdəmir Universitetinin dünya səviyyəli kənd təsərrüfatı (Tarım Fakültəsi) və digər fakültələrində də tələbələrə yaradılan imkanlarla və dərsliklərlə tanış olan nümayəndə heyətimiz böyük məmnunluqlarını ifadə etmişlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay