A

Elsevier şirkətinin Mərkəzi Asiya üzrə Regional direktoru Aliya Ospanova və şirkətin tədqiqatin kefiyyəti üzrə direktoru Dmitri Sultanov UNEC-də olub.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə Aliya Ospanova universitetin pedaqoji heyətinə universitetlərin Scopus bazasına daxil olan yüksək impact faktorlu jurnallarda elmi məqalələrin dərc edilməsinin əhəmiyyətindən danışıb. Həmin məqalələrin sayının universitetlərin QS reytinqində yüksəlməsində önəmli rol oynadığını vurğulayıb. Şirkət nümayəndələri dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan Scopusdan istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri barədə ətraflı məlumat verilib. Eləcə də Azərbaycandan daxil olan məqalələrdə rast gəlinən problemlər və həmin problemlərin aradan qaldırılması yolları izah edilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay