A

Özbəkistanın Kokand Universitetinin alimləri Orhun mübadilə proqramı çərçivəsində UNEC-də olublar.

Özbəkistanlı alimlər Boburmizo Kursanaliyev və Abbaskhon Yusupov UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı, TUDİFAK dekanı Prof.Dr Mehmet Yüce, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Turan Süleymanov ilə görüşüblər, əməkdaşlıq haqqında müzakirələr aparıblar.

Səfər çərçivəsuində alimlər Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində, SABAH qruplarında mühazirələr də deyiblər.

Xatırladaq ki, Orhun mübadilə proqramı Türk Keneşi Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) təşəbbüsü ilə yaradılan və üzv universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini dəstəkləyən proqramdır.

Proqram çərçivəsində Türk Dünyası ölkələrinin ali təhsil müəssisələri arasında qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafı nəzərdə tutulub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay