A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov Türkiyənin Ankara Hacı Bayram Veli universitetinin dəvətilə orada işgüzar səfərdə olub.

Səfər çərçivəsində hər iki universitet arasında tədris və elmi tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan, Türkiyə və Rusiya universitetləri ilə üçtərəfli ilk elmi tədbirin keçirilməsi ilə bağlı danışıqlar aparılıb. Həmçinin Hacı Bayram Veli Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi ilə UNEC Rus İqtisad Məktəbi və TUDİFAK arasında birgə elmi tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay