A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Elmi xəbərləri” jurnalının korrektoru Şəfiqə Bağırovanın 70 yaşı tamam olur.

Uzun illər ərzində elmi mətbuat sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və məsuliyyəti ilə seçilən Şəfiqə xanım jurnalın elmi səviyyəsinin yüksəldilməsinə mühüm töhfələr vermişdir. Onun diqqəti, zəhmətkeşliyi və işinə olan sevgisi həmkarları tərəfindən daim yüksək qiymətləndirilir.

Bu əlamətdar yubiley münasibətilə Şəfiqə Bağırovanı səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

TOP XƏBƏRLƏR