A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü və Enactus Azərbaycanın birgə təşkilatçılığı ilə “Gənc sahibkarlarla görüş” layihəsi keçirilib.

Layihə çərçivəsində UNEC-in tələbəsi, sosial sahibkar “Kekalove Adaptive” şirkətinin təsisçisi Məhəmməd Kekalov, UNEC məzunu və müəllimi, “Safavy” təhsil portalının həmtəsisçisi və direktoru Könül Quliyeva tələbələrlə görüşüb.

Görüşdə Məhəmməd Kekalov və Könül Quliyeva tələbələrə startap layihəsinin hazırlanması, şəxsi biznesin qurulması barədə təcrübələrini paylaşıblar.

Tələbələrin marağına səbəb olunan görüşdə onları maraqlandıran suallar gənc sahibkarlar tərəfindən cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay