A

UNEC-in Mühəndislik fakültəsinin mentoru dosent Günəş Nəsrullayeva və tələbələr Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.

Ekskursiya zamanı tələbələrə Heydər Əliyev Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliği, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi, mədəniyyəti, dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də yerli, regional və beynəlxalq konfrans, simpoziumların keçirilməsi istiqamətində fəaliyyət göstərir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay