UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdə ilk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov iştirakçıları salamlayaraq, Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz rolundan, tələbələrə qarşı olan diqqət və qayğısından danışıb.
Tədbirdə Heydər Əliyevin həyatını və İqtisad Universitetindəki çıxışını əks etdirən video roliklər göstərilib.
UNEC Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr tədbirdə şeirlər, musiqi parçaları səsləndirib, həmçinin rəqs nömrələri ilə çıxış ediblər.