A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Tarix Klubunun təşkilatçılığı ilə UNEC-də təhsil alan əcnəbi tələbələr Müasir İncəsənət Muzeyini ziyarət ediblər.

Tələbələr muzeydə Azərbaycanın rəssam və heykəltaraşlarının 1000-dən çox incəsənət əsəri ilə tanış olublar. Muzeydə Əşrəf Murad, Kamal Əhməd, Mircavad Cavad, Rasim Babayevin muzey tərəfindən qorunub saxlanılan unikal əsərləri, eləcə də Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıx-zadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarovun kolleksiyaları əcnəbi tələbələrin daha çox marağına səbəb olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay