A

UNEC-in Rus İqtisad Məktəbində COP29-a həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan RİM-in direktor müavini dosent Anar Eyyubov mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Tədbirdə ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsi, aksiyaların təşkil edilməsi və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin bugünkü vacib məsələlərdən olduğu qeyd edilib.

Sonra COP29-a həsr edilmiş ekoloji həyat tərzinə aid kiçik bir tamaşa göstərilib. Belə ki, direktor müavini dosent Anar Eyyubovun müəllifi olduğu "Təbiətsevər" əsərinin tamaşası nümayiş olunub. Müəllif və tələbələrin hazırladığı tamaşada sadəcə sözdə təbiət vurğunu olmaları, özlərinə gəldikdə isə, ekologiyanı unudub flora və faunaya ziyan vurduqları satirik üslubda ifşa edilir.

Sonda müəllif hamını təbiəti sözdə deyil, əməllə, görülmüş işlərlə qorumağa səslədi. Tamaşa iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay