A

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Ali təhsil müəssisələrinin THİK-in sədrləri və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər bədii yaradıcılıq festivalın məqsədindən, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltmək olduğunu bildiriblər.  

Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib.

UNEC-in Rəqs ansamblı I yerə,“Vokal” nominasiyası üzrə Rəhimə Məmmədzadə I yerə, Nadir Əzimli II yerə, “Bədii qiraət” nominasiyası üzrə Ziyad Ağayev -III yerə layiq görülüblər.

Festivalda qalib olan tələbələr diplom və hədiyyələr ilə təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay