Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fakültənin tələbələri UNEC Muzeyini ziyarət ediblər.
Ekskursiya zamanı tələbələr UNEC Muzeyində nümayiş olunan foto və kino sənədləri, elmi və təhsil-metodiki nəşrlər, multimediya vasitələri, çap materialları, əməkdaşların şəxsi əşyaları, universitetin mükafatları, universitetə və muzeyə verilən hədiyyələr, eksponatlarla yaxından tanış olublar.