UNEC Türk Dünyası Gənclər Təşkilatının təşkilatçılığı ilə Türk dünyasının mədəni irsini və ortaq dəyərlərini əks edən təqdimat konserti keçirlib.
Tədbirin açılışında çıxış edən UNEC prorektoru, dosent Səadət Qəndilova Türk dünyasının birliyinin və gənclər arasında milli dəyərlərin təbliğinin əhəmiyyətindən danışıb.
Sonra UNEC Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Xanəhmədov çıxış edərək türk dünyasının tarixindən, ortaq köklərindən və bu birliyin gələcək inkişaf perspektivlərindən söhbət açıb. UNEC Türk Dünyası Gənclər Təşkilatının sədri Əmrah Kərimov isə təşkilatın əsas hədəfləri haqqında məlumat verərək, onun gələcək fəaliyyəti haqqında məlumat verib.
Tədbirdə həmçinin, UNEC tələbələrinin təqdimatında milli rəqs nümunələri, Xalq Artisti Könül Xasıyevanın möhtəşəm ifaları səslənib. Fərid Əzizli "Ulu Bayrağım" mahnısını ifa edərək tədbirə xüsusi ruh qatıb. Misri Saz qrupunun üzvləri Səməd Davıdov, Şəmistan Məmmədov və Sahib İsmiyevin saz havaları türk dünyasının zəngin musiqi irsini bir daha nümayiş etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Aynur Ağamalıyeva və Səfiyyə Yaqublu, eləcə də UNEC-in istedadlı tələbələri Elxan İsgəndərov və İsa Niyazlı öz ifaları ilə tədbir iştirakçılarının alqışlarını qazaniblar.
Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.