UNEC tələbələri Novruz Bayramı münasibəti ilə “Təmiz Dunya” Qadınlara Yardım İctmai Birliyi nəzdində fəaliyyət göstərərən “Qadın və Uşaqlar üçün Sığınma Evi”ndə olublar.
UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin təşkil etdiyi görüşdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev sığınacaq sakinlərini Novruz Bayramı münasibətilə təbrik edib. Sonra tələbələr buradakı uşaqlar üçün müxtəlif oyunlar təşkil ediblər. Novruzun sevimli personajları Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə keçirilən oyunlar uşaqların xüsusi marağına səbəb olub. Azyaşlılar arasında keçirilən əyləncəli yarışların qaliblərinə UNEC tələbələrinin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.