A

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbə və şagirdlərinin bədii-yaradıcılıq müsabiqəsi festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev qalibləri təbrik edərək, bədii-yaradıcılıq festivalının əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd gəncləri mədəniyyət, incəsənət və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməklə asudə vaxtlarını daha səmərəli təşkil etməkdir.

19 ali, 12 orta ixtisas, 11 peşə təhsili müəssisəsinin tələbə və şagirdlərinin qatıldığı müsabiqə festivalda UNEC-in tələbələrindən ibarət rəqs ansamblı da təmsil olunub.

Müsabiqənin qalibləri Azərbaycanın xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət peşəkar münsiflər heyəti tərəfindən müəyyən edilib. Qaliblər arasında UNEC-in Rus İqtisad Məktəbinin tələbələri Rauf Məmmədzadə, Minayə Hüseynova, Maliyyə və mühasibat fakültəsindən Jalə Rzayeva və UNEC Biznes Məktəbinin magistri Ceyhun Bəxtiyarov da olub.

Qaliblərə diplom, Fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay