A

UNEC-də Rus İqtisad Məktəbinin direktor müavini, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Anar Eyyubovun yaradıcılıq gecəsi keçirilmişdir.

Ədəbi-mətbuat fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə müəllifin rus və Azərbaycan dilində lirik və satirik şeirləri, iki ibrətamiz mini-tamaşası nümayiş etdirilmişdir. Tədbirdə UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru Anar Rzayev, UNEC-in müxtəlif bölmə və strukturlarından ədəbiyyat həvəskarları, səbəbkarın yaxınları və dostları iştirak etmişdir.

Aktyor və ifaçı truppası UNEC-in Rus İqtisad Məktəbindən, İqtisadiyyat fakültəsindən olan tələbələrdən ibarət idi. Yaradıcılıq gecəsində, həmçinin, RİM-nin direktoru Mənsur Bərxudarov və əməkdaşı Vüsal Abasov iştirak ediblər. Çıxışlar məzmunundan asılı olaraq, tamaşaçıların gah gülüşünə, gah da kövrəlmələrinə səbəb olmuşdu. İzləyiciləri düşünməyə vadar edən “Sağlam ürək” tamaşası davamlı alqışlarla müşayiət olunurdu.

Tədbirin sonunda M.Bərxudarov UNEC-də keyfiyyətli tədris ilə yanaşı, yaradıcı mühit yaratmış rektor professor Ədalət Muradova hamının adından təşəkkürünü bildirdi. Anar Eyyubovun valideynlərini ayrıca qeyd edən natiq bu kimi tədbirləri gələcəkdə də keçirməyin lüzumluğundan danışdı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay