A

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkiçatçılığı ilə Show Your Dance 2019 Rəqs Müsabiqəsi keçirilib.

Müsabiqədə UNEC-lə birlikdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də qalibiyyət uğrunda mübarizə aparıblar.

Bir-birindən maraqlı rəqs ifaları ilə yadda qalan yarışmada Show Your Dance 2019 müsabiqəsində münsiflər heyətinin qərarı ilə UNEC tələbələrinin təmsil olunduğu rəqs qrupu qalib olub.

Müsabiqənin şərtlərinə əsasən, növbəti yarışmaya qalib komandanın təmsil olunduğu ali təhsil müəssisəsi - UNEC ev sahibliyi edəcək.

Tələbələrimizi təbrik edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay