A

UNEC-in əcnəbi tələbələri “Şirvanşahlar Sarayı” və “Xalça muzeyi”ndə ekskursiyada olublar.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan ekskursiyada əcnəbi tələbələrə “Şirvanşahlar Sarayı”nın tarixi, həmçinin saray həyatı, memarlıq üslubu, etnoqrafiya, xəttatlıq barədə məlumat verilib.

“Xalça muzeyi”ndə isə əcnəbi tələbələr Azərbaycanın ayrı-ayrı bölgələrinə xas olan klassik xalça nümunələri, eləcə də xalça hazırlamaq üçün istifadə olunan zəruri xammal və ləvazimatlarla tanış olublar. Onlara xalçalardakı kompozisiya və ornamentlərdən bəhs olunub, eləcə də onların rəmzi mənaları açıqlanıb.

Tələbələr muzeydə xalçatoxuma prosesini əyani şəkildə izləyiblər, ilmələrin vurulması qaydasını öyrəniblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay