A

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əzim Əzimzadə mənzil-muzeyi Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Dizayn Məktəbi ilə birlikdə “Qələbə müjdəli baharım” adlı tədbir-sərgi keçirib.

Sərginin açılışında muzeyin direktoru İradə Əzimzadə milli-mənəvi dəyərləri özündə birləşdirən Novruzun bu il işğaldan azad olunan torpaqlarımızda da qeyd olunmasının bayram sevincini ikiqat artırdığını deyib.

UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova da iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Sərgidə UNEC Dizayn məktəbinin tələbələri Novruz bayramına, baharın gəlişinə aid rəsm əsərlərinin nümayiş olunduğunu diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay