18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə UNEC Dizayn Məktəbi İçərişəhərdə yerləşən Əzim Əzimzadə adına bağda "Abidələrimiz sərvətimizdir" adlı sərgi keçirib.
Sərgidə UNEC Dizayn məktəbinin tələbələri Orxan Abbasov, Erkan Şentürk, Ramazan Həbibov, Ruhəngiz Minacəddinova və Zəhra Məmmədovanın rəsm əsərləri nümayiş olunub.
Əzim Əzimzadə adına ev muzeyin direktoru İradə Əzimzadə və UNEC Dizayn Məktəbinin direktoru dos. Lalə Məmmədova abidələr barədə maraqlı məlumatlarla çıxış ediblər.