Noyabrın 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystal Hall” da Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Konsertdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və 24 fəal tələbə iştirak edib. Konsert proqramında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Konservatoriyanın tələbələri və musiqiçi heyətinin ifaları səsləndirilib.