A

Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı baş konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə 24-25 may tarixlərində Əskişəhər Osmanqazi Universitetində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri konsert proqramı ilə çıxış ediblər.

Tədbir "Azərbaycan Mədəniyyət və İncəsənət Günləri" çərçivəsində  baş tutub.

Tədbirin açılışında Əskişəhər şəhər valiliyinin təbrik məktubu səsləndirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru dosent Gəray Musayev, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Əskişəhər Osmanqazi Universitetinin rektoru Prof.Dr. Kemal Şenocak, Millət vəkili Fazil Mustafa, Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva açılış nitqi ilə çıxış ediblər. UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Azərbaycanın Türkiyədəki  səfirliyi tərəfindən plaketlə təltif ediliblər. Daha sonra tədbir UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında konsert proqramı ilə davam edib. 

Bildirək ki, "Azərbaycan Mədəniyyət və İncəsənət Günləri" çərçivəsində Əskişəhər Osmanqazi Universitetinin tələbə və müəllim heyətinə ikinci gün tamaşa nümayiş olunub. UNEC Yaradıcılıq Mərkəzinin tələbə teatrı tamamilə yeni quruluşda hazırlanan “Yarımçıq qalmış tamaşa” adlı teatr səhnəsi nümayiş etdirib.

VİDEO 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay