A

UNEC-in İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının Sosial iş ixtisasının tələbələri Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.

Mərkəzdə kafedranın dosenti Fəridə Qurbanova və tələbələr ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil, kitab, avtomobillər və şəxsi əşyalarla, eləcə də Azərbaycanın xalçaçılıq, dekorativ sənət nümunələri ilə tanış olublar. Ekskursiyada gənclərə Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay