A

İctimai Televiziyada efirə gedən “Regional inkişaf” verilişində regionlarda insan kapitalının inkişafı mövzusu müzakirə edilib.

UNEC-in “Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayevin aparıcısı olduğu verilişdə millət vəkili Tahir Mirkişili ilə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov mövzu ətrafında fikir mübadiləsi aparıblar.

İnnovativ iqtisadiyyatın formalaşmasında və insan kapitalına qoyulan sərmayənin özünü daha çox ali təhsildə göstərdiyini bildirən qonaqlar ali təhsil müəssisələrinin bu sahədə gördüyü işlərdən bəhs ediblər. Ölkədə iqtisad təhsilinin inkişafından bəhs edən V.Bayramov bu istiqamətdə UNEC-in çox uğurlu fəaliyyət göstərdiyini vurğulayıb. Tanınmış alim son illərdə iqtisad elminin inkişafından söz açaraq, UNEC-in istər beynəlxalq elmi nəşrlərdə, istərsə də tələbə qəbulunun sayında nəzərə çarpan yüksəliş əldə etdiyini müsbət göstərici kimi təqdim edib.

Verilişdə çağdaş dünyada tələbələrin innovativ elm istədiyi və UNEC-in onların bu tələbinə cavab verdiyi xüsusi vurğulanıb.

“Regional inkişaf” verilişinin videoyazısını təqdim edirik.

TOP XƏBƏRLƏR