A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsiUNEC Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl gələcək üçün rəqəmsal təhsil” mövzusunda beynəlxalq seminar keçiriləcək.

Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Ph.D Könül Kərimovanın moderatorluğu ilə keçiriləcək seminarda Macarıstanın Szeged Universitetinin elmi işçisi  Ph.D Soeharto Soeharto, Macarıstanın Szeged Universitetinin doktorantı Ijtihadi Kamilia – Amalina, Qazaxıstanın Pavlodar Pedaqoji Universitetinin dosenti Aigul Akhmetova mövzu ətrafında məruzələrlə çıxış edəcəklər.

13 iyun 2024-cü il tarixində, saat 12:00-da keçiriləcək tədbirə Zoom platforması üzərindən https://zoom.us/j/98792542564 (code: 125379) linkinə keçid etməklə qoşula bilərsiniz.

TOP XƏBƏRLƏR