A

“Həftənin kitabı” yeni ildə “Beynəlxalq nəqliyyat əməliyyatları” kitabının təqdimatı ilə layihəyə davam edir.

Kitabın müəllifləri iqtisadçı-alimlər Anar Rzayev və Müslüm İbrahimovdur.

Kitabda dünya ticarət dövriyyəsinin artması ilə dünya iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoymasından, nəqliyyat əməliyyatlarının iqtisadi və siyasi əhəmiyyətinin artmasından, nəqliyyatın təkamülündən, onun yaratdığı imkanlardan bəhs edilib. Eləcə də, beynəlxalq daşıma (logstika) prosesinin məzmunu, beynəlxalq daşımalarda yüklərin təsnifatı, beynəlxalq nəqliyyat dəhlizləri, beynəlxalq daşımalarda sığorta əməliyyatları və digər mövzuların geniş təhlili verilib.

514 səhifəlik “Beynəlxalq nəqliyyat əməliyyatları” dərs vəsaiti “İqtisad Universiteti” nəşriyyatında 2020-ci ildə çapdan çıxıb.

Oxucular kitabı tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

 

TOP XƏBƏRLƏR