A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “31 Mart - tariximizin faciəli səhifəsi” kitabını təqdim edir.

“31 Mart - tariximizin faciəli səhifəsi” elmi məqalələr toplusu tarix boyu erməni vandalizminin qurbanı olmuş bütün şəhidlərimizin xatirəsinə ithaf olunub.

Kitab “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi heyətinin işçi qrupunun üzvləri – İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi-mədəni Mərkəzin direktoru Cavid Kazımov, Tədqiqatlar sektorunun müdiri dosent İradə Musayeva, Tədqiqatlar sektorunun tarix üzrə elmi işçisi Nərmin Alıyeva tərəfindən hazırlanıb. Kitabın elmi redaktoru tar.ü.f.d., professor Solmaz Rüstəmova-Tohididir.

Kitabda 40-dan çox müəllifin araşdırması yer alıb. Eyni zamanda respublikanın tanınmış mütəxəssislərinin, eləcə də Rusiya və Türkiyə universitetlərində çalışan görkəmli alimlərin mart qırğınları ilə bağlı tədqiqatları, hadisəyə münasibət bildirən o zamankı ictimai-siyasi xadimlərin, ziyalıların 1918-1919-cu illərdəki dövri mətbuatda işıqlandırılan yazıları toplanıb.

“31 Mart – tariximizin faciəli səhifəsi” kitabı 2019-cu ildə “Elm və Təhsil” Nəşriyyatında çapdan çıxıb. Kitab 504 səhifədir. Oxucu-istifadəçilər kitabı UNEC-in 24/7 kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay