A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti növbəti tədris ilinə hazırlıq ilə əlaqəli olaraq, onlayn və ənənəvi formatda tədris olunan qeyri-ixtisas fənlərin innovativ metodlar əsasında səmərəli təşkil edilməsinə dair təlim keçirilib.

Təlimdə onlayn dərslərdə tədris materiallarının beynəlxalq standartlara uyğun hazırlanması və onların interaktivliyinin artırılması, müəllimlərin müasir interaktiv metodlardan istifadə imkanlarının genişləndirilməsi mövzularına toxunublar.

Xarici təcrübənin öyrənilməsinə həsr olunan ilk təlim Almaniyanın Boxum təlim və təkmilləşdirmə institutunun dosenti, xarici dillərin tədrisi üzrə ekspert Rasim Sadıxovun “Metodoloji baxımdan xarici dil dərsinin təşkili” mövzusunda hibrid formatda keçirilib. Öz təcrübəsini bölüşən almaniyalı ekspertin çıxışı böyük maraqla qarşılanıb.

Təlimdə Xarici dillər kafedrasının müəllimlərinin xarici dilin tədrisi ilə əlaqədar çoxsaylı sualları cavablandırılıb.

Təlimlər ÜFTTD-də tədris olunan fənlər üzrə praktik təcrübələrə daha çox malik mütəxəssislər tərəfindən iki həftə müddətində davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay