A

UNEC-in Elmi  fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurası -tədqiqat mərkəzinin rəhbəri, gənc siyasi tədqiqatçı Nərgiz Hacıyeva Avropanın nüfuzlu “European Consortium for Political Research - ECPR”da Azərbaycandan siyasi tədqiqatçı kimi fəaliyyət göstərəcək.

Nərgiz xanım Siyasi Tədqiqat üzrə Avropa Konsorsiumuna (ECPR) Aİ siyasəti, enerji təhlükəsizliyi, beynəlxalq miqrasiya, münaqişələrin idarə edilməsi, eləcə də, beynəlxalq təhlükəsizlik və xarici siyasətlə bağlı şərhlər təqdim edəcəkdir. 
 
Xatırladaq ki, Nərgiz Hacıyeva eyni zamanda, İsveçrə Konfederasiyasının nüfuzlu İsveçrə Siyasi Elmlər Assosiasiyasının “Empirik Metodlar” İşçi qrupunun direktorudur və 2024-cü ildə İsveçrənin St.Qallen Universitetində Demokratiyaya dair təşkil olunacaq beynəlxalq-siyasi konfransın təşkilat komitəsinin üzvü və empirik tədqiqatlara dair konfrans  panellərinin rəhbəridir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay