A

UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurası tədqiqat mərkəzinin rəhbəri Nərgiz Hacıyeva Qazaxıstanın Nazarbayev Universiteti və Nazarbayev Universiteti Sahibkarlığın İnkişafı Tədqiqat Mərkəzi tərəfindən təşkil olunmuş sahibkarlığa dair “Impact Central: Bridging Social Development and Entrepreneurship In Central Asia” adlı beynəlxalq elmi konfransda qonaq məruzəçi kimi çıxış edib.

N.Hacıyeva Mərkəzi Asiya universitetlərinin nümayəndələrinin iştirak etdiyi dəyirmi masada UNEC barədə, eləcə də rəhbərlik etdiyi Xanım Tədqiqatçılar Şurasının elmi fəaliyyəti, şuranın tədqiqatçı üzvləri, mövcud elmi əsərlər və s. haqqında hesabatla çıxış edib. UNEC-in gənc əməkdaşının çıxışı böyük maraqla qarşılanıb. Sonra XTŞ-ya üzv olmaq istəyən Mərkəzi asiyalı tədqiqatçılarla maraqlı fikir mübadiləsi aparılıb və aktiv şəbəkələşmə həyata keçirilib.

Beynəlxalq elmi konfransın rəsmi bağlanış mərasimində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Nazarbayev Universiteti tərəfindən etibarlı tərəfdaş universitet kimi konfransın işinin təşkili, aktiv töhfəsi və təmsilçiliyinə görə “Təşəkkürnamə” (Certificate of Appreciation) ilə təltif olunub.

Həmçinin, UNEC əməkdaşları Nərgiz Hacıyeva ilə Ülviyyə Məmmədovanın həmmüəllifi olduqları "Gender dynamics in Azerbaijani worksplaces: Assesing how cultural norms affect women empowerment" adlı elmi məqalədə Nazarbayev Universiteti tərəfindən “Ən yaxşı məqalə” mükafatına layiq görülüb.

TOP XƏBƏRLƏR