A

UNEC-də Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərovun həmmüəllifi olduğu  “Mühəndis mexanikası” adlı kitabın müzakirəsi keçirilib.

“Kitab müzakirəsi” layihəsi çərçivəsində keçirilən tədbir “Mühəndislik və tətbiqi elmlər” kafedrasının təşkilatçılığı ilə baş tutub. Müzakirələrdə kafedranın müəllimləri və dərsliyin tədris olunduğu ixtisas qruplarının tələbələri iştirak ediblər.

Sənaye mühəndisliyi ixtisasının rəhbəri prof. Zabit Aslanov çıxış edərək, təqdim olunan dərsliyin “Sənaye mühəndisliyi” ixtisasında təhsil alan tələbələr üçün əhəmiyyətindən söz açıb.

Dosent Elman Cəfərov həmmüəllifi olduğu “Mühəndis mexanikası” dərsliyinin ərsəyə gəlməsi və dərslikdəki mövzular barədə ətraflı məlumat verib.

Sonra kitabla bağlı suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay