A

UNEC ilə Bakı Dizayn Akademiyası (BDA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

UNEC-in rəqəmsallaşma üzrə prorektoru dos.Raqif Qasımov ilə BDA-nın təsisçisi və icraçı direktoru Aysel Gülməmmədova arasında imzalanan memorandumun məqsədi, BDA-nın distribütor olduğu ABŞ-ın nəhəng informasiya texnologiyaları (İT) şirkətlərinin beynəlxalq təlim və imtahan mərkəzlərinin UNEC-də yaradılması olub.

Memorandumun çərçivəsində UNEC tələbələri “Phyton”, eləcə də digər İT ixtisasları üzrə universitetdə təşkil olunacaq imtahanlarda iştirak edərək, beynəlxalq sertifikatlar ala biləcəklər. Eyni zamanda “Java”, “HTML”, “Data Analytics”, “Cisco” və digər bir çox brendin, həmçinin “Microsoft” ixtisaslarının beynəlxalq təlimlərindən yararlanmaq imkanı əldə edəcəklər. Memorandumda BDA və UNEC-in birgə iştirakı ilə müvafiq ixtisaslarla bağlı təlim, seminar, layihə və konfransların da təşkil edilməsi nəzərdə tutulub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay