A

Prezident İlham Əliyevin ölkə telekanallarına müsahibəsi zamanı səsləndirdiyi tapşırığı əsas götürərək, UNEC-də ziyalılarla ictimai müzakirələr davam edir.

Rus İqtisad Məktəbində keçirilən görüşdə dünyanın çağırışlarına və bu çağırışlara cavab olaraq “Azərbaycan cəmiyyəti nə etməli?” sualı iki tədqiqat mərkəzinin prizmasından dəyərləndirildi. İqtisadiyyat və idarəetmə fakültəsinin, UNEC Rus İqtisad Məktəbinin rəhbərliyinin, müəllim və tələbələrinin, İnkluziv mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbirdə UNEC KoqnitKoqnitiv Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov “Neyro-koqnitiv inqilabın yaratdığı gerçəkliklər və Azərbaycan”, UNEC Analitika-informasiya Resursları Mərkəzinin rəhbəri Esmira Əhmədova isə “Süni intellekt dövründə yeni imkanlar, problemlər və çağırışlar” mövzularında əsas məruzəçilər qismində çıxış ediblər.

Mənsur Bərxudarov 4-cü sənaye inqilabı dövründə insanın işçi qüvvəsi kimi deyil, neyro-koqnitiv inkişaf, təsirlər və təhdidlər kontekstində qlobal güclərin rəqabət obyektinə çevrildiyini diqqətə çatdıraraq,  belə bir şəraitdə milli-əxlaqı dəyərlərə malik, intellektli, daha kamil vətəndaşın yetişdirilməsi məsələsinin gələcəyimiz üçün prioritet məsələ olduğunu bildirib. O, qeyd olunan amillərin Azərbaycan təhsili, ziyalıları qarşısında cox ciddi, mürəkkəb konsepsiya, yeni ideyalar tələb etdiyini vurğulayıb.

Sosial şəbəkələrdə, virtual aləmdəki informasiya verilənlərini “yeni əsrin nefti” adlandıran Esmira Əhmədova, bu nəhəng informasiya bazasını təhlil etməyi bacaran süni intellektin yaranmasının və tətbiqinin günbəgün artması ilə həyatın bütün sahələrində köklü dəyişiklərin baş verdiyini diqqətə çatdırıb.

Hər iki məruzəçinin müzakirə üçün ortaya qoyduqları məsələ texnoloji mühitin və sürətli rəqəmsallaşmanın təhsilə yeni baxışlar tələb etdiyi bir zamanda cəmiyyətin milli dəyərləri qoruyub saxlamaqla bağlı olub.

Mövzu ətrafında aparılan maraqlı diskussiyada UNEC İnklüziv Təhsil Mərkəzin rəhbəri Sevinc Mənsimova, Təcrübənin təşkili şəbəsinin müdiri Leyla Nəzirzadə, Xarici dillərin tədrisi mərkəzinin direktor müavini Fəqanə Əhmədova, baş müəllim Tahirə Kərimova və digər professor-müəllim heyəti fəal iştirak edərək, ailə dəyərləri, sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, qlobal proseslərin təsiri, ölkə təhsili və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay