A

UNEC-in “Tətbiqi iqtisadiyyat” kafedrasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanda yaşıl enerji: müasir çağırışlar və beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusunda elmi seminar keçirilib. Seminarda ekoloji davamlılıq və enerji sahəsində aktual problemləri müzakirə edilib.

Seminarın moderatoru “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri, dosent Sevinc Abbasova iqlim dəyişikliyi və dayanıqlı enerji mənbələrinə keçidin zəruriliyi kimi müasir çağırışlar kontekstində yaşıl enerjinin inkişafının vacibliyini qeyd edib. O, həmçinin, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” konsepsiyasının prioritetlərindən biri iqlim dəyişikliyi və ona qarşı mübarizə, bərpa olunan enerji mənbələrindən ölkənin bütün sektorlarında istifadə məsələləri, yaşıl enerji prinsiplərinə əsaslanan iqtisadiyyatın əhəmiyyətini vurğulayıb.

Seminarda əsas məruzəçi “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Lalə Həmidova öz çıxışında Azərbaycanda yaşıl enerjinin hazırkı vəziyyətini vurğulayaraq, bu sahənin cari problemlərini və inkişaf perspektivlərini müəyyən edib. L.Həmidova həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq imkanları barədə də fikirlərini bölüşüb və ölkədə yaşıl enerjinin təşviqi üçün bir sıra konkret tövsiyələr verib.

Azərbaycanda yaşıl enerji mövzusunda keçirilən elmi seminar ölkənin enerji sektorunun ekoloji dayanıqlılıq prinsiplərinə uyğun olaraq, gələcək inkişafına təkan verən fikir və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay