Elsevier nəşri olan Scopus və ya Web of Science indeksli jurnallarda xülasələrə uyğun məqalə dərc etdirmək üçün Journal Finder tətbiqi mövcuddur.
Bu tətbiqdə geniş axtarış parametləri vasitəsilə jurnalın nəşr növünü, impakt göstəricilərini, rəy və nəşr müddətini seçmək mümkündür. Elsevier Journal Finder tətbiqi tədqiqatçılara məqalələrin nəşri üçün düzgün jurnal seçməyə, xülasəyə uyğun Open-Access jurnalların təsbit olunmasına dəstək olur. Tətbiq haqqında geniş məlumatı video təlimatdan əldə etmək mümkündür.
Belə ki, axtarış zamanı müəyyənləşdirdiyiniz jurnallar haqqında ətraflı məlumat almaq üçün www.scopus.com səhifəsinə istifadəçi adı və şifrənizlə daxil olaraq, “Mənbələr” (источники, sources) bölməsini klikləyərək, açılacaq səhifədə “mənbənin axtarışı” hissəsinə elmi nəşrin adını daxil edib, Axtarış düyməsini klikləyirsiniz. Bu zaman jurnal haqqında geniş məlumat əldə etməklə yanaşı, Mənbənin əsas səhifəsinə (Source Homepage) keçid edə bilirsiniz.
Clarivate şirkətinin elmi əsər xülasələrinə uyğun jurnalların müəyyənləşdirilməsi üçün isə Manuscript Matcher tətbiqi mövcuddur. Tədqiqatçılar https://mjl.clarivate.com/home?mm= (Web of Science bazasına giriş etmək üçün istifadə olunan istifadəçi adı, şifrəsi ilə) linkinə daxil olaraq, elmi əsərin adını (Title), xülasəsini (Abstract) uyğun xanalara əlavə edərək, təqdim olunan seçimərdən uyğun jurnal seçə bilərlər.
Əlavə məlumat almaq üçün Elmmetrika şöbəsinə müracət etmək mümkündür.