UNEC Xanım Tədqiqatçılar Şurasının həmtəşkilatçılardan biri olduğu, Ruminiyanın Danubius University tərəfindən "XIV International Conference On The Danube – Axis Of European Identity" adlı beynəlxalq elmi konfrans təşkil olunub.
Konfransda UNEC EFTİED-nin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi tədqiqatçı Nərgiz Hacıyeva "The Impact of the Ukraine War on the EU's Economic Globalization Policy: Emerging challenges and security issues" adlı məruzə ilə çıxış edib. N. Hacıyeva Avropa İttifaqının qaçqınlarla bağlı müqayisəli təhlili, Aİ -nin fraqment və bütöv maraqlar nəzəriyyəsi, Viseqrad ölkələrinin divergent maraqları, Şərqi Avropada dəyişən qüvvələr balansı və enerji marşrutlarının Cənubi Qafqaza çevrilməsi ilə bağlı elmi aşardırmalarını iştirakçıların diqqətinə çatdırıb.
Xanım Tədqiqatçılar Şurasının tədqiqatçısı prof. Alina Nuta moderatorluğu ilə aparılan panel sessiyada eyni zamanda, XTŞ-nın digər tədqiqatçısı, Böyük Britaniyanın Keele Universitetinin dosenti Xihui Haviour Chen Mavi iqtisadiyyat və iqlim dəyişikliyi haqqında çıxış edib.
Konfransda Danubius University qurucusu və prezidenti Dr. Andy Pusca və Dr. Steve Michael da iştirak edib. Çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.