A

Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xanım Tədqiqatçılar Şurasının birgə təşkilatçılığı ilə ATU-nun Tədris Terapevtik Klinikasında “Elmi-Tədqiqat layihələrinin idarə edilməsi” mövzusunda təlim baş tutub.

ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov tədbiri giriş sözü ilə açaraq, burada yaradılan Elmi Tədqiqatların İdarə Edilməsi Departamentinin əsas vəzifələrindən danışıb. Bildirib ki, departament elmi potensial imkanların müəyyənləşdirilməsi, o cümlədən inkişaf proqramının və strateji istiqamətlərin göstəricilərinin əldə olunması üzrə sistemli işin qurulması məqsədilə yaradılıb.

Beynəlxalq tədqiqatlara cəlb edilmək baxımdan müştərək təlimlərin əhəmiyyətindən danışan prorektor, müzakirəyə çıxarılan mövzunun aktuallığına diqqət çəkərək, təlimin işinə uğurlar arzulayıb.   

Sonra siyasi alim, Federal İsveçrə və ABŞ Weiser təqaüdşüsü, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva təlimə başlayıb. O, elmin beynəlmiləlləşdirilməsində qrantların rolundan, elmi-tədqiqat layihələrinin idarə edilməsindən danışıb, büdcə planlaması və resursların idarə edilməsinə dair təqdimatlar edib.

Təlimin məqsədi müvafiq sahələr üzrə mütəxəssislərin layihələrin idarə olunmasının prosedurları və metodologiyası barədə məlumatlandırılması, bilik və bacarıqlarının artırılması olub.

Kafedraların əməkdaşlarının, eləcə də rezident və tələbələrin qatıldığı təlimin sonunda mövzuya aid suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay