A

"Azərbaycan müəllimi" qəzeti

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planının, 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətlərinin inkişafı haqqında Fəaliyyət planı (Yol Xəritəsi) 6.10. “Gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi çərçivəsində təhsil və elm sahəsində universitetlərarası əməkdaşlıq layihələrinin həyata keçirilməsi” tədbirlərinin icrasını təmin etmək və “Yaşıl iqtisadiyyat” mövzusunda professor-müəllim heyətinin, təhsilalanların elmi-tədqiqatların aparılmasını da təşviq etmək, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına dəstək olmaq  məqsədilə UNEC-də "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib. 

Elmi tədbir çərçivəsində UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova və tətbiqi iqtisadiyyat kafedrasının müdiri Sevinc Abbasovanın  sədrliyi ilə "Yaşıl iqtisadiyyat gənc tədqiqatçıların və tələbələrin gözü ilə”  mövzusunda elmi seminar keçirilib. İlk olaraq, gənc tədqiqatçılar və tələbələr üçün Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkanın “Yaşıl əmək” mövzusunda ustad dərsi dinlənilib. 

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin direktoru, Avrasiya İqtisadiyyatı üzrə Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri professor Z.Məmmədov universitetdə gənc tədqiqatçılar üçün yaradılan imkan və onlara verilən dəstəkdən söz açıb. O, UNEC-də elmi-tədqiqat fəaliyyəti, ali məktəbin dünyanın nüfuzlu universitetləri ilə elmi əməkdaşlığı və beynəlxalq proqramlarda iştirakı barədə məlumat verib. Qeyd edib ki, UNEC-in qarşısında duran mühüm vəzifələrdən biri də “yeni nəsil tədqiqatçı” yetişdirməkdir. Bu məqsədlə universitetdə gənc tədqiqatçıların uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılır: elmi konfranslar, elmi seminarlar, “gənc tədqiqatçı” müsabiqələri keçirilir. 

Daha sonra bölmə iclasında gənc tədqiqatçılar və tələbələr hazırladıqları təqdimatla çıxış ediblər. “ADA” Universitetinin tələbəsi Qasi Məmmədova Azərbaycanda “yaşıl” maliyyələşdirmə, Avstriyadan gənc tədqiqatçı Kyan A.Paya “The double materiality assessment of the european corporate sustainanility directive as a strategic competitive factor”; gənc alim həkim, tibb.f.d. Mehparə Kazımova “Устойчивое развитие: Приоритеты здравоохранения. Формирование эффективных стратегий по лечению гематологических заболеваний”;  Rusiyanın Tümen Dövlət Universitetinin tədqiqatçı mühəndisi Alina Dryagina “Комплексный подход для решения проблемы с органическими отходами”; Ural Federal Universitetinin laboratoriya müdiri dosent Eduard Patrakov, gənc politoloq İlyas Hüseynov “Yaşıl enerji dəhlizi Xəzər - Qara dəniz - Avropa: məqsədlər və perspektivlər”;  UNEC-in Rus iqtisad məktəbinin tələbəsi İmran Keberlinski  “Strategic goals of the energy transition in Azerbaijan”; «Green economy» as a path to sustainable development”.  UNEC-in Rus İqtisad Məktəbinin tələbəsi Nərmin Şahverdiyeva və Almaniya Anhalt İqtisadiyyat Universitetinin tədqiqatçısı professor Corneliya Scot “Ali təhsil vasitəsilə yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi” mövzularında ətraflı və elmi məzmunlu çıxışlar etdilər. 

Tədbirin sonunda UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent S.Qəndilova xarici və yerli iştirakçıları sertifikatla təltif edib. 

Qeyd edək ki, “Premium Bank” ASC-nin dəstəyi ilə keçirilən beynəlxalq konfrans oktyabrın 4-də öz işini başa vurub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay