A

UNEC-in N.Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Gülnar Məhərrəmova “Azərsun Holdinq” tərəfindən COP29-da keçirilən “Yaşıl iqtisadiyyata doğru gedən yolda antropogen amillərin önəmi, ekoloji cəhətdən süurlu cəmiyyət formalaşdırılması yönündə birgə fəaliyyətlər” adlı panel müzakirədə çıxış edib.

Mərkəz rəhbəri çıxışında qloballaşmanın ekoloji çağırışları, ekoloji balansın qorunması, ətraf mühitin mühafizəsi və ekoloji sahədə mövcud olan problemlərdən danşıb. O, həmçinin rəhbərlik etdiyi Mərkəzin bu istiqamətdə həyata keçirdiyi layihələri də iştirkaçıların diqqətinə çatdırıb.

Panel müzakirədə yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsində antropogen amillərin rolundan və ekoloji cəhətdən şüurlu cəmiyyətin formalaşmasında birgə fəaliyyətlərin əhəmiyyətindən söz açılıb. İqlim dəyişikliyi, resursların tükənməsi və ətraf mühitin deqradasiyası kimi qlobal problemlər qarşısında insan fəaliyyətinin ekosistemlərin davamlılığına həlledici təsirləri müzakirə edilib.

UNEC-in Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndrilməsi və Təşkili şöbəsinin əməkdaşlarının da iştirak etdiyi panelin sonunda yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üçün praktiki təkliflər təqdim olunub və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay