A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva ABŞ-ın Miçiqan Universitetində IHAA Ann Arbor adlı beynəlxalq evin dəstəyilə “Azərbaycan Günü” tədbiri təşkil edib.

Nərgiz Hacıyeva ilk öncə, təqdimatına Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranma tarixi, tədris proqramları, beynəlxalq əlaqələri və rəhbərlik etdiyi UNEC Xanım Tədqiqatçılar Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra Azərbaycanın neft sənayesindəki tarixi nailiyyətlərindən söz açıb. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, Nobel və Rotşild qardaşlarının Azərbaycan neftinə marağından, “Əsrin Müqaviləsi” kimi tanınan enerji sazişindən, eləcə də İkinci Qarabağ Müharibəsində əldə olunan parlaq qələbədən və işğaldan azad olunmuş ərazilərin bərpasından danışıb.

Tədbirin bədii hissəsində Nərgiz Hacıyeva Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından qısa səhnə canlandırıb, həmçinin “Sarı gəlin” və “Şuşanın dağları” musiqi sədaları altında milli rəqslər nümayiş etdirib.

“Azərbaycan Günü” iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR