UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasında "Şərabçılıq sənayesi tullantılarının səmərəli istifadə olunması və təkrar emalı texnologiyası" mövzusunda elmi seminar keçirilib.
Məruzəçi, kafedranın doktorantı Ümidə Məcnunlu "Şərabçılıq sənayesi tullantılarının səmərəli istifadə olunması və təkrar emalı texnologiyası" mövzusu ilə apardığı tədqiqatlar və aldığı nəticələr haqqında çıxış edib. Seminarda Şərabçılıq sənayesi tullantılarının ətraf mühitə zərərli təsirlərini minimuma endirmək və ölkəmizdə şərabçılıq sənayesinin inkişafına təkan vermək məqsədilə onlardan rasional şəkildə istifadə istiqamətləri vurğulanıb və təkrar emal texnologiyası üzrə əsaslı məsələlərə toxunulub.
Sonda mövzu ətrafında suallar verilib, müzakirələr aparılıb.